Böyük Britaniyada yaşayan azərbaycanlılar Xocalı soyqırımının ildönümü ilə əlaqədar yürüş keçirib - FOTOSESSİYA

Böyük Britaniyada yaşayan azərbaycanlılar Xocalı soyqırımının ildönümü ilə əlaqədar yürüş keçirib  - <span style="color: red;">FOTOSESSİYA
# 24 fevral 2013 02:15 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Xocalı soyqırımının ildönümü ilə əlaqədar Böyük Britaniyada yaşayan azərbaycanlılar fevralın 23-də Londonda piket və yürüş keçiriblər. Bu barədə APA-ya aksiya iştirakçısı, Guney Azerbaycan İstiqlal Partiyasının (GAİP) Böyük Britaniya üzrə təmsilçisi, Londonda yaşayan soydaşımız Araz Yurdsevən məlumat verib. O bildirib ki, aksiya iştirakçıları “Trafalgar” meydanından başlayaraq Böyük Britaniya parlamentinin qarşısınadək yürüş ediblər: “Piket parlament binasının qarşısında davam etdi. “Xocalıya ədalət!”, “Biz ədalət istəyirik!”, “Qarabağ bizimdir, bizim olacaq!” kimi ingilis və Azərbaycan dilində şüarlar səsləndirdik. Xocalı faciəsi ermənilər tərəfindən xalqımıza qarşı törədilən faciələrdən biridir və soyqırım kimi də dünyada tanınmalıdır. Bu faciəni heç bir azərbaycanlı unutmamalı və yaşadığı ölkədə Azərbaycan həqiqətlərini təbliğ etməlidir. Bu bizim xalqımız qarşısında mənəvi borcumuzdur. Bu baxımdan üç saat davam edən aksiyada Xocalı soyqırımını yad edərək dünyanın bu faciəyə ədalətli yanaşmasını tələb etdik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR