Əli Əkbər Salehi: “İrana qarşı sanksiyaların azalacağı ilə bağlı əlimizdə məlumat var”

Əli Əkbər Salehi: “İrana qarşı sanksiyaların azalacağı ilə bağlı əlimizdə məlumat var”
# 11 mart 2013 09:13 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “Yaxın günlərdə İrana qarşı sanksiyalar azalacaq”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi bildirib.

Onun sözlərinə görə, bununla bağlı əllərində məlumat var: “Ancaq bunu indi ictimaiyyətə açıqlaya bilmərik. Hazırda İranın nüvə proqramı ətrafında yaranmış gərginliyi həll etmək üçün ən yaxşı vaxtdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR