Türkiyə “Başkent Gaz” qaz paylayıcı şəbəkəsini özəlləşdirmək fikrindən daşına bilər

Türkiyə “Başkent Gaz” qaz paylayıcı şəbəkəsini özəlləşdirmək fikrindən daşına bilər
# 02 fevral 2013 07:51 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Türkiyə bəzi obyektlərinin özəlləşdirilməsindən imtina edə bilər. “APA-Economics”in “Reuters”ə istinadən xəbər verdiyi kimi, bu barədə ölkənin baş naziri Rəcəb Tayıp Ərdoğan bəyan edib. O bildirib ki, tender iştirakçıları qoyulan tələblərinə cavab vermədikdə hökumət prosesə müdaxilə edəcək.

Qeyd edək ki, söhbət ilk növbədə “Başkent Gaz” qaz paylayıcı şəbəkəsindən və bir sıra digər iri obyektlərdən gedir. Baş nazirin sözlərinə görə, özəlləşdirmədən imtina edilə bilər, çünki hökumətin gözləntiləri özünü doğrultmur.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR