İlin sonunadək Azərbaycanda 5 minədək milli kompüter istehsal olunacaq

İlin sonunadək Azərbaycanda 5 minədək milli kompüter istehsal olunacaq
# 08 may 2008 11:54 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycanın “Kür” elektron avadanlıqları müəssisəsi bu il ərzində 5 minə yaxın fərdi kompüter istehsal etməyi planlaşdırır.
“Kür”ün direktoru Rizvan Osmanov “APA-Economics”ə bildirib ki, bu il ərzində artıq 1200-ə yaxın kompüter istehsal edilib. R.Osmanovun sözlərinə görə, zavod “Multimedia GS” kompüterinin ikinci modelini AMD prosessorlarının bazasında yığmağa başlayıb.
AMD bazası əsasında yığılma kompüterin sürətinin çoxalması, video görüntünün böyüməsi və s. kimi texniki imkanlar yaradır. Artıq zavod 20-30 belə kompüter istehsal edib. İlin sonuna kimi bu modellərin istehsalı genişləndiriləcək.
Qeyd edək ki, “Kür” zavodu 2005-ci ildə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və “SİNAM” şirkəti tərəfindən yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR