Səhiyyə Nazirliyi: Həkimlərin sertifikasiyası səhiyyə sahəsində ölüm hallarının xeyli hissəsini aradan qaldırdı

Səhiyyə Nazirliyi: Həkimlərin sertifikasiyası səhiyyə sahəsində ölüm hallarının xeyli hissəsini aradan qaldırdı
# 30 oktyabr 2013 10:49 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib. O bildirib ki, 2012-ci ildə Səhiyyə Nazirliyinin tibbi kitabxanasında kitab tapmaq olmurdu, orada illərlə masalar toz içində olurdu və heç kim kitabxanaya getmirdi: “Lakin biz həkimlərin sertifikasiyasını həyata keçirməklə bu işə təkan verdik. Həkimlik elə peşədir ki, bu sahənin mütəxəssisi daim öz üzərində işləməlidir. Bu, zamanın da tələbidir. Çünki hər gün yeni müayinə, müalicə üsulları yaranır, yeni dərmanlar, xəstəliklər çıxır, xəstəliklərin gedişi dəyişir və sairə”.

A. Qədirli Azərbaycan Tibb Universitetinə qəbulun test üsulu ilə həyata keçirildiyini də xatırladıb: “Tələbələrlə də görüşürük və onlarda da həkimliyə marağın artmasının şahidi oluruq. Bir sözlə, bu sahədə neqativ hallar ildən-ilə azalmaqdadır”.

Nazirlik rəsmisi qeyd edib ki, Səhiyyə Nazirliyi ölkədə baş verən ölüm hallarında həkim səhvi və ya səhlənkarlığı məsələsinə də aydınlıq gətirib: “Həkim səhvləri bütün dünyada müşahidə olunur. ABŞ-da il ərzində 130 min həkim səhvi müşahidə olunur ki, bunlar ölümlə nəticələnib. Hər bir səhiyyə sistemi bu hallarla mübarizə aparmalıdır. Bu obyektiv fakt deyil. Səhiyyə nazirliyi də elə bir orqandır ki, belə halları araşdırıb aşkar etməlidir. Bu istiqamətdə də nazirlik tərəfindən də mütəmadi monitorinqlər aparılır”.

A. Qədirli bildirib ki, nazirlik həkim səhvləri və həkim səhlənkarlığı ilə bağlı seminar keçirməyi nəzərə tutur: “Bəzən media işçiləri həkim səhlənkarlığı ilə həkim səhvini ayıra bilmir. Burada bəzi nüanslar var. Biz istəyirik ki, səhiyyə üzrə işləyən jurnalistlər üçün bunu açaq və onlar fərqi ayıra bilsinlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR