Gəncədə içərisində məktəblilərin olduğu avtomobil beton divar çırpılıb, dörd nəfər xəsarət alıb - YENİLƏNİB

Gəncədə içərisində məktəblilərin olduğu avtomobil beton divar çırpılıb, dörd nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 16 sentyabr 2013 10:43 (UTC +04:00)

Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın yerli bürosuna verilən məlumata görə, 1995-ci il təvəllüdlü Azər Kazımov atasına məxsus “Mercedes” markalı avtomobili idarə edərkən beton divara çırpıb.

Nəticədə avtomobildə olanlar – Azər Kazımov, 1997-ci il təvəllüdlü Elgün Məmmədov, 1996-cı il təvəllüdlü Ayxan Səfərov və 1996-cı il təvəllüdlü Fərman Hüseynov müxtəlif xəsarət alaraq Gəncə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Gəncə Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, faktla bağlı cinayət işi açılıb araşdırma aparılır.

Qeyd edək ki, avtomobildə olanların hamısı məktəblidir.

***

saat 12:37

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhərindəki orta məktəbin yaxınlığında bədbəxt hadisə baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında şəhərin 16 saylı orta məktəbinin qarşısında qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən “Mercedes” markalı avtomobil yolu keçmək istəyən 5 məktəblini vurub. Müxtəlif bədən xəsarətləri alan məktəblilər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Gəncə şəhər Baş Polis İdarəsindən bildiriblər ki, hadisə ilə bağlı araşdırma aparılır, yaxın saatlarda ətraflı məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR