“Abituriyent” jurnalının 10-cu sayı nəşr olunub

“Abituriyent” jurnalının 10-cu sayı nəşr olunub
# 21 avqust 2015 11:58 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Abituriyent” jurnalının 10-cu sayı nəşr olunub. Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən məlumata görə, jurnalın bu sayında orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulunun nəticələri dərc olunub.

Bununla bərabər jurnalda ixtisaslar üzrə müsabiqə nəticəsində alınmış minimal keçid balları Azərbaycan və rus dillərində təqdim edilib.

Jurnalı TQDK-nın müvafiq ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR