ABŞ-da silahlı yeniyetmə məktəbdə şagirdləri və müəllimi girov götürüb

ABŞ-da silahlı yeniyetmə məktəbdə şagirdləri və müəllimi girov götürüb
# 26 avqust 2015 03:46 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Qərbi Virciniya ştatında silahlı 14 yaşlı yeniyetmə məktəbdə bir neçə şagirdi və müəllimi girov götürüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə yerinə polis cəlb olunub, məktəbdə olanlar təxliyə edilib. Yeniyetmə könüllü olaraq silahı polisə təhvil verib və girovları azad edib. İnsident zamanı xəsarət alan olmayıb. Məktəbli səhhətinin yoxlanılması üçün xəstəxanaya aparılıb. Onun hadisəni hansı səbəbdən törətdiyi məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR