Lənkəranda qanunsuz süzmə və kəsmik istehsalı ilə məşğul olan rayon sakini ifşa olunub - FOTOSESSİYA

Lənkəranda qanunsuz süzmə və kəsmik istehsalı ilə məşğul olan rayon sakini ifşa olunub - <span style="color: red;">FOTOSESSİYA
# 30 iyun 2015 11:41 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsinin əməkdaşları reyd keçiriblər.

APA-nın cənub bürosunun məlumatına görə, reyd zamanı Lənkəran rayonunun Göyşaban kəndində yerləşən İbrahimov Laçın Vilayət oğlunun ona məxsus yaşayış evinin həyətində standartın və normativ sənədin tələblərinə cavab vermədən antisanitar şəraitdə qanunvericiliyin tələblərinə zidd olaraq kustar üsullarla süzmə və kəsmik istehsalı ilə məşğul olduğu aşkarlanıb.

Araşdırma zamanı istehsal olunan süzmə və kəsmik məhsullarının istehsalında istifadə olunan xammalların, o cümlədən süd məhsullarının məişət tullantıları atılan yerdən yığılaraq saxlanma müddəti bitmiş halda məhsulun istehsalında istifadə olunması da üzə çıxıb.

Həmçinin müəyyənləşdirilib ki, istehsal olunan süd məhsullarının (süzmə, kəsmik) üzərində heç bir markalanma, eləcə də gigiyenik və AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına əsasən verilən uyğunluq sertifikatları mövcud deyil.

Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun inzibati qaydada cəza tədbirləri tətbiq olunub. Belə ki, ilkin olaraq istehsal olunmuş heç bir normativ sənədi olmayan süzmə və kəsmik məhsullarının satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar verilib.

Fakt üzrə araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR