Məhsəti Gəncəviyə həsr olunmuş "Sirli bənövşə" sənədli-bədii filminin təqdimatı keçiriləcək

Məhsəti Gəncəviyə həsr olunmuş "Sirli bənövşə" sənədli-bədii filminin təqdimatı keçiriləcək
# 16 dekabr 2013 16:42 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Dekabrın 18-də Nizami Kino Mərkəzində Məhsəti Gəncəviyə həsr olunmuş "Sirli bənövşə" sənədli-bədii filminin təqdimatı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, prezidentin "Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında" sərəncamının icrasına uyğun olaraq, dövlət sifarişi ilə "Yaddaş" sənədli filmlər studiyasında çəkilən filmin quruluşçu rejissoru Şamil Nəcəfzadə, ssenari müəllifləri Sara Oğuz Nəzirova və Şamil Nəcəfzadə, quruluşçu operatoru Nizami Abbas, bəstəkarı Cahangir Zülfüqarov, prodüseri Cavid İmamverdiyevdir.

Filmdə əsas rollarda Günel Məmmədova, Bəhruz Vaqifoğlu, Əjdər Zeynalov, Hacıbaba Məmmədov və İlqar Musayev çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR