Pakistan, Xorvatiya, Əfqanıstan və Əlcəzair prezidentləri Azərbaycan prezidenti İlham Əliyevi təbrik ediblər

Pakistan, Xorvatiya, Əfqanıstan və Əlcəzair  prezidentləri Azərbaycan prezidenti İlham Əliyevi təbrik ediblər
# 24 oktyabr 2013 16:58 (UTC +04:00)

“Yenidən Azərbaycan Respublikasının prezidenti seçilməyiniz münasibətilə zati-alinizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq duyuram. Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə dost Azərbaycan xalqı inkişaf və tərəqqi yolunda irəliləməyə davam edəcək. Pakistan və Azərbaycan arasında möhkəm dostluq münasibətləri mövcuddur. Yüksək səviyyəli ikitərəfli əlaqələr xalqlarımızın ümumi ümidlərini və arzularını əks etdirir. Əminəm ki, ölkələrimiz arasındakı sıx dostluq əlaqələri gələcəkdə müxtəlif sahələrdə daha da möhkəmlənəcək”.

Xorvatiya Respublikasının prezidenti İvo Yosipoviçdən gələn təbrikdə isə bildirilir: “Yenidən Azərbaycan Respublikasının prezidenti seçilməyiniz münasibətilə Sizə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaq istərdim. Əminəm ki, biz növbəti illərdə də xüsusilə iqtisadiyyat və mədəniyyət sahələrində xalqlarımız və dövlətlərimiz arasında güclü əlaqələri, əməkdaşlığı daha da inkişaf etdirəcəyik”.

Əfqanıstan İslam Respublikasının prezidenti Həmid Kərzai, Əlcəzair Xalq Demokratik Respublikasının prezidenti Əbdüləziz Buteflika, ABŞ Konqresinin üzvü Lyuk Messer, Nyu-Meksiko ştatının Nümayəndələr Palatasının üzvü Debbi Rodella, Beynəlxalq Olimpiya Akademiyasının prezidenti Isidoros Kouvelos, Rusiya Federasiyasının xalq artisti Yuri Lyubimov, Qazaxıstanın “KAZENERGY” Assosiasiyasının sədri Timur Kulibayevdən də Azərbaycan prezidentinin ünvanına təbriklər daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR