«Unibank» Bakıda yeni filialı açılıb

«Unibank» Bakıda yeni filialı açılıb
# 06 mart 2014 12:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın «Unibank» ASC növbəti filialını Bakı şəhərinin Hövsan qəsəbəsində açıb.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, qəsəbənin mərkəzində yerləşən yeni filial, ərazidə yaşayan paytaxt sakinlərinin yüksək keyfiyyətli və səmərəli bank xidmətlərinə tələbatını ödəyəcək.

«Hövsan» filialı pərakəndə kreditlərin verilməsi ilə məşğul olacaq. Həmçinin, kiçik və orta biznesin maliyyələşdirilməsi üçün kreditlərin ayrılmasını həyata keçirəcək. Bundan başqa, fərdi müştərilər üçün kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur.

Qeyd edək ki, yeni filialın açılışı ilə «Unibank»ın filial şəbəkəsi 34-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR