Azərbaycanın maliyyə naziri Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul edib - FOTO

Azərbaycanın maliyyə naziri Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul edib - <span style="color: red;">FOTO
# 28 noyabr 2013 12:31 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Bryus Devisin (Bruce Davis) rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tanışlıq xarakteri daşıyan görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək istiqamətləri barədə fikir mübadiləsi aparılıb, əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, ölkənin Asiya İnkişaf Bankı ilə birgə həyata keçirdiyi su, nəqliyyat və digər infrastruktur layihələrinin əhəmiyyəti qeyd olunub.

S.Şərifov AİB-nın Rəhbərlər Şurasının 2015-ci il may ayında Bakıda keçiriləcək illik iclasının təşkili ilə bağlı Azərbaycan hökuməti tərəfindən aparılan işlər bərədə məlumat verib. B.Devis bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR