Bakıda 46 yaşlı qadın dəm qazından boğularaq ölüb

Bakıda 46 yaşlı qadın dəm qazından boğularaq ölüb
# 16 dekabr 2013 07:45 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub. Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Əmircan qəsəbəsi, Axundov küçəsi-16 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 46 yaşlı Validə Məhərrəm qızı Qasımova vanna otağında dəm qazından boğularaq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR