Son 10 ildə Azərbaycanda talassemiyadan ölüm göstəricisi 5, hemofiliyadan isə təxminən 2 dəfə azalıb

Son 10 ildə Azərbaycanda talassemiyadan ölüm göstəricisi 5, hemofiliyadan isə təxminən 2 dəfə azalıb
# 09 yanvar 2014 08:39 (UTC +04:00)

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, 2013-cü ildə 60 belə əməliyyat həyata keçirilib. Xroniki böyrək çatışmazlığı olan xəstələrin müalicəsi məqsədi ilə 9 yeni hemodializ mərkəz istifadəyə verilib. Hazırda Azərbaycanda 30 belə mərkəzdə 2300-dən artıq hemodializ seansları dövlət hesabına aparılır.

Nazirlikdən həmçinin bildirilib ki, son 10 ildə Azərbaycanda talassemiyadan ölüm göstəricisi 5, hemofiliyadan ölüm göstəricisi isə təxminən 2 dəfə azalıb. Bu göstəricilərə müvafiq sahə üzrə müvafiq dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sayəsində nail olunub. Görülən işlər nəticəsində talassemiyalı xəstələrin müalicəsində müsbət nəticələr əldə edilib, həmin xəstələrin ömür müddəti uzanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR