İran Bəşər Əsədin müxaliflərinin Suriyadan çıxmasına yardım göstərib

İran Bəşər Əsədin müxaliflərinin Suriyadan çıxmasına yardım göstərib
# 26 may 2014 11:45 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran Suriyaya hərbi məsləhətlər verib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər nazirinin Afrika regionu və ərəb ölkələri üzrə müavini Hüseyn Əmir Abdullahian deyib.

Onun sözlərinə görə, İran Suriya ilə bağlı strategiyası aydındır və rəsmi Tehran bu ölkəyə silah göndərmir: “Ötən üç ildə Suriya məsələsində məntiqli strategiya mənimsədik. Bəziləri bizi Suriyaya hərbçi və silah göndərməkdə günahlandırdı. Halbuki Suriyanın Rusiya ilə müdafiə sahəsində müqaviləsi olduğundan, İranın silahlarına ehtiyacı yoxdur. Digər tərəfdən, biz Suriya problemini silahların həll edəcəyinə inanmırıq. Bu gün Suriyada 74 ölkədən müxaliflər döyüşür. Ancaq İrandan bir adam belə bu ölkədə döyüşmür. Sadəcə, İran hərbçiləri terrorizmlə necə mübarizə aparılması sahəsində Suriya hökumətinə məsləhətlər veriblər. Eyni zamanda İran ABŞ-a Suriya mövzusunda beynəlxalq öhdəçiliklərini xatırladıb. Bundan əlavə, İran Suriyaya ən böyük humanitar yardım göstərən ölkədir”.

H.Ə.Abdullahian deyib ki, İran suriyalı müxaliflərlə də işləyir: “İran müttəfiqi olan Suriya hökumətinin devrilməsinin qarşısını almaq üçün bu ölkədən çıxmaq istəyən müxaliflərə kömək edib. Bundan başqa, İran Suriyadakı müxalif qruplarla görüşərək müzakirə masasına oturmağa və prezident seçkilərindən sonra ölkədə rol oynamağa təşviq edəcək. İran Suriya böhranından xalqın ən az itki ilə xilas olması üçün xarici siyasəti və milli mənafeləri istiqamətində bütün nüfuzundan istifadə edəcək. Çünki İran üçün Suriya böhranı imtahandır. Bizim strategiyalarımız qarşısında Suriya hökumətini devirməyi qarşılarına məqsəd qoyanlar müvəffəqiyyətli ola bilməyəcək”.

Nazir müavini həmçinin vurğulayıb ki, İran Türkiyə ilə Suriya mövzusunda hansısa bir nəticə əldə edib: “Bizim Qətər hökuməti ilə bu məsələdə fikirlərimiz yaxınlaşıb. Ancaq Səudiyyə Ərəbistanı ilə Suriya mövzusunda hələ çox məsafə qət etmək lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR