Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 13 noyabr 2013 06:26 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 12-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 2,10 dollar və ya 2,2% azalaraq 1 barelə görə 93,04 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, noyabrın 12-də ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,36 dollar və ya 0,4% azalaraq 106,04 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR