MSK-nın sədr müavini: “Jurnalistlər seçkidə ehtiyatlı davranmalıdır”

MSK-nın sədr müavini: “Jurnalistlər seçkidə ehtiyatlı davranmalıdır”
# 02 oktyabr 2013 09:06 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Seçkilərdə müşahidəçinin müşahidə aparmaqdan başqa heç bir hüququ - kiməsə təzyiq göstərmək, mübahisə etmək hüququ yoxdur”. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov deyib. O bildirib ki, istər yerli, istərsə də beynəlxalq müşahidəçi aşkar etdiyi qanunsuzluq faktı ilə bağlı yalnız öz mərkəzinə məlumat verməlidir və bunu ictimailəşdirməyə ixtiyarı yoxdur.

MSK-nın sədr müavini jurnalistlərə də tövsiyələr verib. N. Məmmədov qeyd edib ki, jurnalist müstəntiq deyil: “Jurnalist seçiciyə yaxınlaşıb kimə səs verdiyini soruşa bilməz, bu, qanuna ziddir. Jurnalist yalnız ümumi prosesləri müşahidə edib, hadisələri izləyə bilər. Jurnalist təşəbbüsdən o yana keçə bilməz”.

N. Məmmədov xəbərdarlıq edib ki, jurnalistlər seçkidə ehtiyatlı davranmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR