Azərbaycanla Asiya İnkişaf Bankı arasında kredit müqaviləsi imzalanıb

Azərbaycanla Asiya İnkişaf Bankı arasında kredit müqaviləsi imzalanıb
# 05 may 2014 14:39 (UTC +04:00)

Azərbaycan Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, sənədi AİB Rəhbərlər Şurasının 47-ci İllik Toplantısı çərçivəsində müqaviləni nazir Samir Şərifov və AİB-in prezidenti Takehiko Nakao imzalayıb.

Saziş Ağstafa-Poylu-Sadıqlı-Gürcüstan Respublikası dövlət sərhədi və Poylu-Düzqışlaq-Qazax avtomobil yolları üzərində yerləşən dörd körpünün tikintisinin maliyyələşdirilməsini nəzərdə tutur. AİB tərəfindən maliyyələşəcək layihənin ümumi dəyəri 45 mln. ABŞ dolları təşkil edir.

Layihə AİB tərəfindən Azərbaycan hökumətinə əvvəlcədən təsdiq olunmuş Çoxtranşlı Maliyyələşmə Mexanizmi çərçivəsində qalıq qalan hissə kimi ayrılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR