Bakıda orta məktəbdən oğurluq edən şəxslər tutulub

Bakıda orta məktəbdən oğurluq edən şəxslər tutulub
# 03 aprel 2014 07:41 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda orta məktəbdən oğurluq edilib.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, aprelin 2-nə keçən gecə, Ramana qəsəbəsi Şuşa şəhərciyi Malıbəyli kənd 1 nömrəli orta məktəbdən pəncərənin şüşəsi sındırılmaqla 5 ədəd monitor və 13 ədəd prosessor oğurlanıb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Rəhim Tanrıverdiyev və Pərvin Çərkəzov tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR