«Muğan Bank»ın aktivləri ötən il 17% artıb

«Muğan Bank»ın aktivləri ötən il 17% artıb
# 27 yanvar 2014 11:47 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Muğan Bank» ASC-nin aktivlərinin həcmi 2014-cü il yanvarın 1-nə 340,401 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 16,7% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 8,2% artaraq 219,575 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 59,886 mln. manat təşkil edib ki, bu da 2013-cü il yanvarın 1-nə nisbətən 26,1% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi ötən il 52,7% artaraq 9,550 mln. manata, onların məcmu kredit portfelində xüsusi çəkisi isə 1,2 faiz bəndi artaraq 4,3%-ə çatıb.

Hesabat ilində bankın depozit portfeli 22,3% artaraq 142,100 mln. manat, o cümlədən, əhalinin əmanətləri 16,5% artaraq 99,412 mln. manata bərabər olub.


Ötən il bankın məcmu kapitalı 11,1% artaraq 50,088 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,7% artaraq 41,306 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 32,7% artaraq 90 459, o cümlədən fiziki şəxslərin sayı 34,4% artaraq 84 780, hüquqi şəxslərin sayı 11,8% artaraq 5 679 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2014-cü il yanvarın 1-nə 12 250-yə bərabər olub ki, bu da illik müqayisədə 27,6% çoxdur. O cümlədən, debet kartların sayı 27,3% artaraq 11 236-ya, kredit kartların sayı 22,8% artaraq 1 014-ə çatıb.


Hazırda bankın ölkə üzrə 31 filialı, 55 bankomatı, 659 POS-terminalı fəaliyyət göstərir. Bankın 701 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR