“Real” “Bavariya”nı darmadağın edərək Çempionlar Liqasının finalına yüksəlib

“Real” “Bavariya”nı darmadağın edərək Çempionlar Liqasının finalına yüksəlib
# 29 aprel 2014 23:38 (UTC +04:00)

APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, Almaniyanın “Bavariya” klubu doğma “Alyans-Arena”da İspaniyanın “Real Madrid” klubuna biabırçı hesabla məğlub olaraq turniri tərk edib.

Xatırladaq ki, bu komandalar arasında ilk görüş aprelin 23-də “Santyaqo Bernabeu”da keçirilib. Həmin görüşdə Kərim Benzemanın vurduğu yeganə qol “Real”a qələbə qazandırıb.

Almaniyada keçirilən görüşdə isə “Bavariya” daha böyük hesabla uduzub. Münhenlilər “Alyans-Arena”da qapılarından 4 cavabsız qol buraxaraq turniri biabırçı şəkildə tərk ediblər. Qolları 15 və 20-ci dəqiqələrdə Serxio Ramos və 34 və 90-cı dəqiqələrdə Kriştiano Ronaldo vurub.

Çempionlar Liqası

29 aprel

“Bavariya” – “Real” - 0:4

Qollar: Serxio Ramos, 15; 20; Kriştiano Ronaldo, 34; 90

İlk oyun – 0:1

"Bavariya": Noyer, Dante, Boatenq, Lam, Riberi, Robben, Müller, Alaba, Şvaynştayger, Kroos, Mandzukiç

"Real": Kasilyas, Pepe, Ramos, Fabio Koentrao, Karvaxal, Xabi Alonso, Modriç, di Mariya, Beyl, Ronaldo, Benzema

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR