Ukraynalı deputat: “Seçkilərin legitimliyinə şübhə yaradan hər hansı ciddi nöqsan aşkar olunmayıb” - FOTO

Ukraynalı deputat: “Seçkilərin legitimliyinə şübhə yaradan hər hansı ciddi nöqsan aşkar olunmayıb” - <span style="color: red;">FOTO
# 09 oktyabr 2013 19:14 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. “Prezident seçkiləri zamanı seçkilərin legitimliyinə şübhə yaradan hər hansı ciddi nöqsan aşkar olunmayıb”. APA-nın məlumatına görə, bu barədə Azərbaycanda prezident seçkilərini izləyən Ukrayna Ali Radasının nümayəndə heyətinin üzvü Oleq Zarubinski bildirib.

Onun sözlərinə görə, 6 nəfərdən ibarət müşahidə missiyası 10 seçki məntəqəsində fəaliyyət göstərib və orada sakit, işgüzar şərait hökm sürüb: “Müxtəlif partiyaları təmsil edən müşahidəçilərin işi konstruktiv idi. Seçkilərdə 10 namizədin qeydə alınması rəqabətdən xəbər verir. Seçki monitorinqi zamanı da heç bir ciddi çatışmazlıq qeydə alınmayıb, səslərin sayılması qanunvericiliyə uyğun olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR