Filippində “Yolanda” qasırğasından 4,3 mln. insan zərər çəkib

Filippində “Yolanda” qasırğasından 4,3 mln. insan zərər çəkib
# 10 noyabr 2013 01:41 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Valeri Amosun bəyanatında qeyd edilib.

“İlkin qiymətləndirmələrə əsasən, təbii fəlakət nəticəsində minlərlə ev uçub, yollar sıradan çıxıb, əhalinin ərzaq məhsulları, su, sığınacaq və elektrik enerjisinə ehtiyacı var”, deyə Amos bildirib.

Onun sözlərinə görə, BMT qasırğanın fəsadlarının aradan qaldırılmasında Filippin hökumətinə yardım göstərir. Ən çox zərər dəymiş Leyte adasındakı Takloban rayonuna BMT-nin qiymətləndirmə qrupu gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR