Gürcüstanın baş naziri: “Mən heç yerə getmirəm, mən gəlirəm”

Gürcüstanın baş naziri: “Mən heç yerə getmirəm, mən gəlirəm”
# 25 oktyabr 2013 00:32 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. “Mən heç yerə getmirəm, mən gəlirəm”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstanın baş naziri Bidzina İvanişvili “Kavkasiya” televiziya şirkətinə siyasətdən uzaqlaşaraq, vətəndaş sektoruna keçməyini şərh edərkən bildirib. Onun sözlərinə görə, vətəndaş sektorunun inkişafı üçün 20 illik plan var: “Problemlər burda da var, mətbuat və ekspertlər arasında da var”.

“Nə qədər ki, mənim enerjim var, mən ölkəyə xidmət etməliyəm. Biz Avropanın layiqli ölkələri ilə bir sırada durmalıyıq”, deyə B. İvanişvili qeyd edib.

Televiziyaya şərhində baş nazir həm də hökumətin bir il ərzində gördüyü işlərə yekun vurub: “Bizim imkan dairəsində bir il ərzində yerinə yetirəcəyimiz bütün vədlər yerinə yetirilib. Təkidlə təkrar edirəm: biz vədlərimizi artıqlaması ilə yerinə yetirmişik. Bütün hökumət vicdanla işlədi və biz hər şeyi mənim gözlədiyimdən də sürətlə gördük”, deyə İvanişvili deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR