Saatlıda avtomobil 64 yaşlı piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Saatlıda avtomobil 64 yaşlı piyadanı vuraraq öldürüb - <span style="color: red;">YENİLƏNİB
# 18 oktyabr 2013 09:24 (UTC +04:00)

Saatlı. Əlibəy Zeynallı – APA. Saatlı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Hacıqabul-Bəhramtəpə yolunun 63-cü kilometrliyində qeydə alınıb. Saatlı rayon sakini İlkin Mehdiyev idarə etdiyi “VAZ 2106” markalı, 23 BB-744 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyada - Saatlı rayonunun Bəylər kənd sakini, 1949-cu il təvəllüdlü Yaşar Bayramqulu oğlu Muradovu vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR