Los-Anceles aeroportunda atışma olub, ölən və yaralananlar var

Los-Anceles aeroportunda atışma olub, ölən və yaralananlar var
# 01 noyabr 2013 20:15 (UTC +04:00)

Bakı-APA. Los-Anceles aeroportunda baş vermiş atışma nəticəsində bir nəfər ölüb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə xəbəri “Los Anceles” qəzeti yayıb. Ölən hava limanının nəqliyyat təhlükəsizliyi İdarəsinin əməkdaşı olub.

Yerli hüquq-mühafizə orqanlarındakı mənbənin bildirdiyinə görə, atışma nəticəsində minimum 3 nəfər yaralanıb. Atışma sərnişinlərin yoxlanıldığı salondan kənar ərazidə baş verib.

Atəş açmaqda şübhəli bilinən şəxsin artıq saxlanıldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR