Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Gürcüstanın daxili işlər naziri ilə görüşüb - FOTO - VİDEO

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Gürcüstanın daxili işlər naziri ilə görüşüb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 15 may 2014 12:43 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidzeni qəbul edib. APA-nın Dövlət Sərhəd Xidmətinin saytına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan dövlət sərhədində və sərhəd keçid məntə­qələ­rin­də əməliyyat şəraiti və onun inkişaf tendensiyaları müzakirə olunub, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi arasında qarşılıqlı faydalı əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, Avropa İttifaqı, Frontex, GUAM kimi beynəlxalq təşkilatlar çərçivəsində əmək­daş­lı­ğın daha da genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı beynəlxalq terrorçuluğa, qeyri-qanuni miqrasiyaya, qaçaq­mal­çılığa və dövlət sərhədindən digər qanunsuz fəaliyyətə qarşı mübarizə sahəsində Azərbaycan və Gürcüstan sərhədçilərinin birgə səyləri yüksək qiymətləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR