Mustafa Cəmiloğlu: “Əhməd Davudoğlu mənə dedi ki, Krım tatarları təhlükəyə məruz qalsa, Türkiyə köməyə gələcək”

Mustafa Cəmiloğlu: “Əhməd Davudoğlu mənə dedi ki, Krım tatarları təhlükəyə məruz qalsa, Türkiyə köməyə gələcək”
# 05 mart 2014 17:00 (UTC +04:00)

APA-nın UNİAN agentliyinə istinadən yaydığı xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Kiyevdə Krım Tatar Məclisinin sabiq sədri, Ukrayna Ali Radasının üzvü Mustafa Cəmiloğlu deyib.

M.Cəmiloğlu görüş barədə Ukrayna jurnalistlərinə açıqlama verib: “Əhməd Davudoğlu mənə dedi ki, Krım tatarları təhlükəyə məruz qalsa, ilk köməyə gələn dövlətin Türkiyə olacağına şübhə etməyin. Türkiyənin xarici işlər naziri bir neçə gün əvvəl Ukraynaya səfər etdi və rəhbərliklə görüşlər keçirdi. Bu, onu göstərir ki, Türkiyə Ukraynaya öz strateji tərəfdaşı kimi baxır və Ukraynanın müstəqilliyini, ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Türkiyə iqtisadi və diplomatik kömək göstərməyə hazırdır. Türkiyədəki Krım tatarları da mitinqlər keçirərək hökumətdən Ukraynaya yardım etməsini tələb edirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR