Azərbaycanda peşə təhsili müəssisələrində müəllimlərin attestasiyadan keçirilməsi mexanizmi hazırlanır

Azərbaycanda peşə təhsili müəssisələrində müəllimlərin attestasiyadan keçirilməsi mexanizmi hazırlanır
# 16 sentyabr 2013 10:27 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Növbəti tədris ilindən Azərbaycanın peşə təhsili müəssisələrində çalışan müəllimlərin attestasiyadan keçirilməsi nəzərdə tutulur.

APA-nın xəbərinə görə, təhsil naziri jurnalistlərə açıqlamasında deyib ki, peşə təhsili müəssisələrində müəllimlərin attestasiyadan keçirilməsi mexanizmi hazırda işlənməkdədir.

Onun sözlərinə görə, peşə təhsil sistemi hər zaman diqqət mərkəzində olmalıdır və olacaq: “Çünki bu sahəyə böyük tələbat var. Digər tərəfdən, mövcud peşə təhsili sisteminin vəziyyəti optimallıqdan çox uzaqdır. Peşə təhsilinin nüfuzu cəmiyyətdə artırılmalıdır və Təhsil Nazirliyi bu istiqamətdə işlərə başlayıb. “Müasir Azərbaycan Peşəkarları” layihəsi çərçivəsində artıq bu tədris ilindən müvafiq işlərə başlanılıb. Düşünürəm ki, bu təcrübələr çox yaxşı nəticə verəcək. Tədris prosesində hazırlanan şagirdlərin birbaşa olaraq praktiki biliklərə, tələb olunan peşəkar ixtisaslaşmalara diqqətlə yanaşmalıyıq. Belə olduğu təqdirdə, özəl şirkətlərin nümayəndələri ilə birgə çalışaraq keyfiyyətli kadrlar yetişdirə biləcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR