Azərbaycanda tikinti şirkətinin təsisçisi həbs edilib

Azərbaycanda tikinti şirkətinin təsisçisi həbs edilib
# 24 oktyabr 2013 13:47 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, MTK-nın təsisçisi Əli Abışovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kooperativin Suraxanı rayonu ərazisində inşa etdiyi yaşayış binasının 36 sakinindən binaya təbii qazın verilməsini və mənzillərə mülkiyyət hüququna dair sənədlərin alınmasını vəd edib aldadaraq ümumilikdə 75.0 min manat məbləğində pulu ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanıb.

Ə. Abışov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində iş üzrə istintaq davam etdirilməklə “Ayla” MTK-nın vəzifəli şəxsləri tərəfindən aldadılmış vətəndaşların pozulmuş hüquqlarının bərpa edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR