Ağcabədidə hamam yanıb

Ağcabədidə hamam yanıb
# 27 dekabr 2013 03:47 (UTC +04:00)

Bakı-APA. Ağcabədidə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 490 kv.m olan hamamda baş verib. Nəticədə hamamın 1 otağının yanar konstruksiyaları 36 kv.m sahədə yanıb. Hamamın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR