Taras Şevçenko adına Kiyev Milli Universiteti rektorluğun qərarı ilə tətilə qoşulub

Taras Şevçenko adına Kiyev Milli Universiteti rektorluğun qərarı ilə tətilə qoşulub
# 26 noyabr 2013 12:06 (UTC +04:00)

Bakı – APA. Ukraynada “Kiyev-Mogilyan Akademiyası” Milli Universiteti, Ujqorod Milli Universiteti və İvano-Frankovsk Milli Texniki Neft-Qaz Universiteti tələbələrinin elan etdiyi tətilə Taras Şevçenko adına Kiyev Milli Universiteti də qoşulub.

APA-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, Taras Şevçenko adına Universitet “Kiyev-Mogilyan Akademiyası” Milli Universitetinin elan etdiyi xəbərdarlıq tətilinə qatıldığını açıqlayıb. Qərar universitet rəhbərliyi tərəfindən qəbul olunub. Rektorluq tələbələrin küçəyə çıxmasına icazə verib. Universitetin təxminən 1500 tələbəsi Taras Şevçenkonun abidəsi önündə “Kiyev-Mogilyan Akademiyası” Universitetinin tələbələri ilə birləşərək avrointeqrasiya tərəfdarlarının Avropa Meydanında keçirilən aksiyasına yollanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR