Təhsil Nazirliyi magistrlərin ali məktəblərdə qalıb işləməsi məsələsinə aydınlıq gətirib

Təhsil Nazirliyi magistrlərin ali məktəblərdə qalıb işləməsi məsələsinə aydınlıq gətirib
# 26 sentyabr 2013 08:23 (UTC +04:00)

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə əsasən, mövcud qanunvericiliyə görə, magistratura səviyyəsini bitirmiş məzunlar ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət göstərə bilərlər. Qeyd olunan məsələ ilə bağlı ali məktəblərin elmi işlər üzrə prorektorları ilə əlaqə saxlamaq olar.

Ali təhsil müəssisələrində müəllim vəzifəsinə işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə dövri mətbuatda elan olunur. Müsabiqə zamanı hamı (o cümlədən magistrlər) üçün bərabər şərait yaradılır. İşə qəbul zamanı magistrlər üçün heç bir güzəşt və ya imtiyaz nəzərdə tutulmur. Lakin ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı hər bir müəllim öz əməyinin nəticələrinə görə qiymətləndiriləcək. Belə olduğu halda digər müəllimlərlə yanaşı, magistr dərəcəsi olan müəllimlərin də maddi və mənəvi cəhətdən fərqli qiymətləndirilməsinə imkan yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR