«Şəfa» stadionu qarşısında avtomobil tuneli və yeraltı piyada keçidinin tikintisi gələn il yekunlaşacaq

«Şəfa» stadionu qarşısında avtomobil tuneli və yeraltı piyada keçidinin tikintisi gələn il yekunlaşacaq
# 20 noyabr 2013 11:07 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bakıda Heydər Əliyev prospekti ilə Müzəffər Nərimanov və 5-ci Köndələn küçələrinin kəsişməsində, «Şəfa» stadionunun qarşısında avtomobil tuneli və yeraltı piyada keçidinin tikintisi davam etdirilir. Layihə üzrə tunelin uzunluğu 940 metr, eni isə 16 metrdir.

Nəqliyyat Nazirliyinin «Azəryolservis» ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, 4 hərəkət zolağından ibarət olacaq tunelin hazırda istinad divarlarının naxışlı beton piltələrlə üzlənməsi, qapalı boyunun üst hissəsində tirlərin döşənməsi və yan yollara bordür düzələrək asfalt-beton örtüyünün salınmasına hazırlıq işləri gedir.

«Sözügedən ərazidə tikintisi həyata keçirilən piyada keçidinin uzunluğu isə 105 metr, eni 16 metr, hündürlüyü 3 metr nəzərdə tutulub. 4 giriş-çıxışı olacaq keçiddə eskalatorların quraşdırılması və bəzək işləri aparılır. Ümumilikdə, layihənin 2014-cü ildə başa çatdırılması planlaşdırılır», - deyə məlumatda bildirilir.

Qeyd edək ki, tunel istifadəyə verildikdən sonra M.Nərimanov küçəsi ilə hərəkət edən avtomobillər şəhər istiqamətinə, 5-ci Köndələn küçəsinə və hava limanına maneəsiz hərəkət edə biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR