Berlində Heydər Əliyevin 90 illik yubileyi münasibətilə turnir keçirilib

Berlində Heydər Əliyevin 90 illik yubileyi münasibətilə turnir keçirilib
# 14 may 2013 10:06 (UTC +04:00)

Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Almaniyanın paytaxtı Berlində 13 yaşadək futbolçulardan ibarət komandalar arasında mini-turnir keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda Almaniya, Çexiya, Sloveniya, Danimarka təmsilçiləri ilə yanaşı, Almaniyada yaşayan azərbaycanlılardan təşkil olunmuş “Azəri” klubu da mübarizə aparıb.

10 komandanın çıxış etdiyi turnirdə 150 uşaq iştirak edib. Mini-turnirin qalibi Almaniya təmsilçisi olub. İkinci yeri Çexiya, üçüncü pilləni Danimarka komandası tutub. “Azəri” komandası turniri dördüncü yerdə başa vurub. Oyunlar başa çatdıqdan sonra konsert proqramı təqdim olunub. Yarış iştirakçılarının şərəfinə ziyafət verilib.

Qarşılaşmaları AFFA-nın I vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev və Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts izləyib. Qərara alınıb ki, Heydər Əliyevin anadan olduğu 10 may tarixində hər il Berlin şəhərində analoji turnir təşkil olunsun.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR