Dəməşq kimyəvi hücumların silahlı müxalifət tərəfindən həyata keçirilməsini sübut edən materialları Moskvaya təqdim edib

Dəməşq kimyəvi hücumların silahlı müxalifət tərəfindən həyata keçirilməsini sübut edən materialları Moskvaya təqdim edib
# 18 sentyabr 2013 07:51 (UTC +04:00)

APA-nın “İTAR TASS”a istinadən xəbərinə görə, hazırda Dəməşqdə olan Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Suriya hökuməti bu materialları kimyəvi hücumların silahlı müxalifət tərəfindən həyata keçirilməsinin göstəricisi kimi qiymətləndirir.

Rusiya XİN sözügedən materialların tədqiq olunmasına başlayıb. Rusiyalı diplomatlara hansı növ informasiyaların verildiyi və onların analizi üçün nə qədər vaxt lazım olacağı açıqlanmır.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin BMT Baş Assambleyasının sünən başlayan 68-ci sessiyasının açılışında çıxış edərkən deyib ki, Qutada həyata keçirilən kimyəvi hücum Suriya münaqişəsinə xarici müdaxilənin baş verməsi məqsədilə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR