Azərbaycanda Yüksək Texnologiyalar Parkının inşa ediləcəyi yer müəyyənləşib

Azərbaycanda Yüksək Texnologiyalar Parkının inşa ediləcəyi yer müəyyənləşib
# 14 oktyabr 2013 13:12 (UTC +04:00)

Bunun üçün Pirallahı rayonunda 50 hektar torpaq sahəsi ayrılıb.

Nazirliyin mətbuat xidmətinin «APA-Economics»ə bildirilib ki, hazırda parkın formalaşdırılması, zəruri infrastrukturun yaradılması, beynəlxalq təcrübənin öyrənilməsi və digər təşkilati məsələlərin həlli istiqamətində işlər aparılır. Eyni zamanda, «YT Park» MMC dövlət qeydiyyatına alınıb və cəmiyyətin nizamnaməsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilib, eləcə də potensial xarici investor və şirkətlərlə görüşlər keçirilib.

Qeyd edək ki, «YT Park» dövlət başçısının respublika prezidentinin 2012-ci il 5 noyabr tarixli fərmanı ilə yaradılıb. Yüksək Texnologiyalar Parkı - informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatların aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir.

«YT Park»ın məqsədi və səmərəsinə gəlincə, parkın fəaliyyətə başlaması ilə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan İKT sahələri genişləndiriləcək, elmi tədqiqatların aparılması və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslərin yaradılması təmin ediləcək. Park iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasında da əhəmiyyətli rol oynayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR