Gələn həftə Bakıda beynəlxalq bank konfransı keçirəcək

Gələn həftə Bakıda beynəlxalq bank konfransı keçirəcək
# 07 noyabr 2013 12:46 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 15-16-da MDB-nin Maliyyə-bank Şurası tərəfindən Azərbaycan Beynəlxalq Bankı və MDB-nin İcraiyyə Komitəsinin dəstəyi ilə MDB ölkələrinin VI Bakı Beynəlxalq Bank Konfransı keçirəcək. Bankdan «APA-Economics»ə verilən məlumata görə, builki konfransın mövzusu «MDB-nin maliyyə bazarları Birlik məkanında iqtisadi inteqrasiyanın əsasıdır».

Konfrans çərçivəsində MDB ölkələri bank sistemlərinin qloballaşma şəraitində fəaliyyəti, pərakəndə bank xidmətlərinin xüsusiyyətləri, regional, o cümlədən Xəzəryanı iqtisadi proqramların perspektivləri, maliyyə sektorlarının investisiya cəlbediciliyinin artırılması, maliyyə qurumlarında insan kapitalı kimi mövzu və problemlər müzakirə olunacaq.

Konfransda Ukrayna Milli Bankının sədri İqor Sorkin, MDB Maliyyə-bank Şurasının prezidenti Andrey Kostin, Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri, Maliyyə-bank Şurasının I vitse-prezidenti Cahangir Hacıyev və MDB məkanının maliyyə sektorunun digər yüksək səviyyəli nümayəndələrinin iştirakı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR