Rusiya və İran prezidentləri arasında telefon danışığı olub

Rusiya və İran prezidentləri arasında telefon danışığı olub
# 09 yanvar 2014 13:22 (UTC +04:00)

Bakı – APA. Rusiya və İran prezidentləri arasında telefon danışığı olub.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, söhbət zamanı iki dövlətin lideri İranın nüvə proqramına dair anlaşmaları, habelə Suriyadakı münaqişənin həlli ilə bağlı “Cenevrə - 2” beynəlxalq konfransa hazırlıq işlərini müzakirə edib.

Qeyd edək ki, Suriya ilə bağlı beynəlxalq konfransın yanvarın 22-də İsveçrənin Montre şəhərində keçirilməsi nəzərdə tutulur. Həmin konfransda İranın iştirak edib-etməyəcəyi ilə bağlı qərar hələlik qəbul olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR