Mehriban Əliyeva beynəlxalq sərgi ilə tanış olub

Mehriban Əliyeva beynəlxalq sərgi ilə tanış olub
# 30 may 2014 15:37 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Mayın 30-da Heydər Əliyev Fondunun dəstəyi ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda ənənəvi “Qala festivalı” və III Beynəlxalq “Tullantıdan sənətə” adlı sərgi açılıb.

APA-nın məlumatına görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva III Beynəlxalq “Tullantıdan sənətə” sərgisi ilə tanış olublar.

M.Əliyeva sərgilənən işlərlə tanış olub, rəssamlarla fikir mübadiləsi aparıb və sərginin işinə uğurlar arzulayıb.

Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təşkilatçılığının, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Gallery” incəsənət qalereyasının birgə dəstəyi ilə keçirilən sərgidə məişət tullantılarından hazırlanan müxtəlif sənət nümunələri nümayiş etdirilir.

Sərgidə Azərbaycanla yanaşı ABŞ, Avstraliya, Böyük Britaniya, Niderland, İspaniya, Türkiyə, Çexiya, Kuba, Kolumbiya və Yaponiyadan olan sənətkarların əl işləri nümayiş edilir.

M.Əliyeva, L.Əliyeva və A.Əliyeva “Ekosfera” Sosial-Ekoloji Mərkəzinin düşərgəsi ilə tanış olublar, həmçinin “Qala festivalı” çərçivəsində təşkil olunmuş düşərgələrdə, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR