Vatikanın Suriyadakı səfirliyinin binası hücuma məruz qalıb

Vatikanın Suriyadakı səfirliyinin binası hücuma məruz qalıb
# 05 noyabr 2013 16:30 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Vatikanın Suriyadakı səfirliyinin binası hücuma məruz qalıb.

APA-nın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, səfirlik binasına minaatan mərmi düşüb.

Diplomatik nümayəndəliyin binasına yalnız maddi zərər dəyib, həlak olan və ya yaralanan yoxdur.

Rəsmi Vatikan bu məlumatı təsdiqləyərək bildirib ki, səfirliyi bağlamaq niyyətində deyil. Müqəddəs Taxt-tacın mətbuat katibi Federiko Lombardi deyib ki, Vatikanın nunsiləri həmişə işlədiyi ölkənin xalqların talelərini, əziyyətlərini bölüşüblər: “Bizim nunsi Bağdadda müharibə zamanı orada qalmışdı. Düşünürəm ki, o, ölkəni tərk etməyən yeganə səfir idi”.

Qeyd edək ki, hadisə bu gün səhər Dəməşqin mərkəzində baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR