Arif Hacılı: “Müsavat Partiyasının qurultayının keçirilməməsi ilk növbədə partiyaya ziyan vurur”

Arif Hacılı: “Müsavat Partiyasının qurultayının keçirilməməsi ilk növbədə partiyaya ziyan vurur”
# 09 yanvar 2014 08:20 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Müsavat Partiyasının qurultayının keçirilməməsi ilk növbədə partiyaya ziyan vurur. Çünki təşkilatda yenilənmə prosesi getməli, partiyanın müxtəlif strukturlarına seçkilər keçirilməli, yeni adamlar gəlməlidir. Yeni nəfəs yəqin ki, hər bir struktur üçün vacibdir”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib.

A. Hacılı qeyd edib ki, Müsavat Partiyası yaxın vaxtlarda partiyanın qurultayını keçirməyə nail olmağa çalışacaq: “Təsadüfi deyil ki, təşkilatların qurultaylararası dövrü bir qayda olaraq, 4-5 ildən artıq olmur. Ancaq 2006-cı ildən, 8 ilə yaxındır ki, Müsavat Partiyasının qurultayı keçirilmir. Bu da partiyanın çevik, dinamik fəaliyyəti üçün müəyyən nüanslar yaradır. Bu haldan Müsavat Partiyasının opponentləri partiyaya qarşı istifadə edirlər. Buna görə də çalışacağıq ki, ya Bakıda, ya da Sumqayıtda 800 nəfərdən çox insanın iştirak etdiyi bir zalda qurultayımızı keçirək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR