Azərbaycanın “Thomson Reuters” Agentliyinin bazasını alması təklif olunur

Azərbaycanın “Thomson Reuters” Agentliyinin bazasını alması təklif olunur
# 24 dekabr 2013 10:17 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Texniki Elmləri Bölməsi institut və təşkilatlarının 2013-cü il üçün hesabat iclası çərçivəsində çıxış edən Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru Fikrət Əliyev söyləyib.

F.Əliyev onu da deyib ki, bu il həm erməni, həm də gürcü alimlərinin nüfuzlu elmi jurnallarda dərc edilən elmi məqalələrinin sayı, həm də sitatları Azərbaycan alimlərindən çox olub. F.Əliyev “Thomson Reuters” Agentliyinin bazasını almadan nüfuzlu elmi jurnallarda dərc edilən elmi məqalələr və sitatlarla bağlı qiymətləndirmənin aparılmasının faktiki mümkün olmayacağını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR