Ukraynada Çerkassı vilayət şurasının binasını ələ keçirməyə cəhd edən 50-dən çox adam saxlanılıb

Ukraynada Çerkassı vilayət şurasının binasını ələ keçirməyə cəhd edən 50-dən çox adam saxlanılıb
# 24 yanvar 2014 08:08 (UTC +04:00)

Bakı – APA. Ukraynanın Çerkassı şəhərində vilayət şurasının binasını ələ keçirməyə cəhd edən 50-dən çox adam saxlanılıb.

APA – nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

Dünən axşam saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları Çerkassı vilayət şurasının binasını azad ediblər. Kütləvi iğtişaşlara görə 58 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR