Türkiyə Liviyadan 420 vətəndaşını təxliyə edib

Türkiyə Liviyadan 420 vətəndaşını təxliyə edib
# 24 iyun 2014 22:41 (UTC +04:00)

Bakı-APA. Türkiyə təhlükəsizlik məqsədilə Liviyadan 420 vətəndaşını təxliyə edib. APA-nın məlumatına görə, bu barədə Türkiyənin Liviyadakı səfirliyinin məlumatında bildirilir.

Göyərtəsində Türkiyə vətəndaşlarının olduğu ilk təyyarə artıq Misuratanı tərk edib, bu gecə ölkənin şərqindəki Labrak aeroportundan yola düşəcək daha bir təyyarə 140 türkiyəlini vətəninə çatdıracaq.

Qeyd edək ki, bir müddət əvvəl istefaya göndərilmiş general Xəlifə Xəftar tabeçiliyində olan ordu qüvvələri ilə Liviyanın şərqində silahlı dəstələrə qarşı genişmiqyaslı əməliyyata başladığını elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR