“Azərbaycan-İsrail dostluğu” təşkilatı Petah-Tikva şəhərində “erməni soyqırımı qurbanları”na abidə qoyulmasına qarşı çıxıb

“Azərbaycan-İsrail dostluğu” təşkilatı Petah-Tikva şəhərində “erməni soyqırımı qurbanları”na abidə qoyulmasına qarşı çıxıb
# 07 mart 2014 09:51 (UTC +04:00)

APA-nın “İzRus”a istinadən verdiyi məlumata görə, A.Miller Petah-Tikva şəhərinin meri İshaq Bravermanın bələdiyyə şurasında səsvermə keçirilmədən verdiyi qərarı uzaqgörən olmayan addım adlandırıb.

O xatırladıb ki, ölkə parlamenti “erməni soyqırımı” ilə bağlı hələlik heç bir qərar qəbul etməyib.

“Ona görə də bələdiyyə səviyyəsində istənilən oyunları İsraili özgələrin mübahisəsinə cəlb etmək istəyənlərə yardım kimi dəyərləndirmək olar. Ümid edirəm ki, şəhərin bələdiyyə şurası lazımi tədbirlər görəcək və merə aid olmayan məsələlərlə bağlı özbaşına qərar qəbul etməyə imkan verməyəcək”, - deyə o vurğulayıb.



#
#

ƏMƏLİYYAT İCRA OLUNUR