Milli Məclisin növbədənkənar xüsusi sessiyasının keçirilməsi gözlənilir

Milli Məclisin növbədənkənar xüsusi sessiyasının keçirilməsi gözlənilir
# 14 may 2014 09:31 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, xüsusi sessiya iyun ayı üçün planlaşdırılır.

Bununla bağlı artıq prosedura uyğun olaraq, deputatların üçdə iki hissəsi Konstitusiya hüququndan yararlanaraq təşəbbüslərini spikerə təqdim edib.

Səbəb kimi bir sıra zəruri layihələrin xüsusi sessiyada müzakirəyə çıxarılmasına ehtiyac olduğu göstərilir.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası bu ayın sonu başa çatır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR