Türkdilli ölkələr Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinə tərəfdardır

Türkdilli ölkələr Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinə tərəfdardır
# 16 avqust 2013 09:27 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TÜRKKON) Qəbələ şəhərində keçirilən sammitinin yekun Bəyannaməsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ də qeyd olunub.

APA-nın məlumatına görə, sənədin 13-cü maddəsində bu münaqişəyə həsr olunub.

13-cü maddədə qeyd olunub ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konflikti regional sabitliyə və əməkdaşlığa zərbə vuran ən böyük problemdir. Tərəflər konfliktin sülh yolu ilə həllinə töhfə verəcək addımları dəstəkləyirlər, münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmasına tərəfdardırlar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR