Kiyevdə azərbaycanlı tələbə döyülərək qarət edilib

 Kiyevdə azərbaycanlı tələbə döyülərək qarət edilib
# 09 aprel 2014 15:19 (UTC +04:00)

Yaxınlarının APA-ya verdiyi məlumata görə, hadisə aprelin 7-si, saat 22:00 radələrində Maydana yaxın Qruşevski küçəsində baş verib.

Maskalı gənclər 25 yaşlı Sübhanın qarşısını kəsib siqaret istəyiblər. Sübhan siqaret çəkən olmadığını bildirəndə ondan pul tələb ediblər. S. Bayramovdan sərt reaksiya görəndə isə maskalılar onu döyməyə başlayıblar.

Xeyli döydükdən sonra pul qabını və mobil telefonunu götürərək hadisə yerindən uzaqlaşıblar.

Yaxınlıqdakı şəxslər davaya müdaxilə etməsələr də, maskalılar hadisə yerindən uzaqlaşandan sonra Sübhanı xəstəxanaya çatdırıblar.

Yaxınları hazırda S. Bayramovun vəziyyətinin yaxşı olduğunu deyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR